Cengiz Ünderin ardınca "Fənərbağça"da növbəti ayrılıq yaşana bilər.
Cenk Tosuna Yaponiyadan təklif gəlib. Bu barədə "Sky DE" məlumat yayıb.
"Urawa Red Diamonds" türkiyəli futbolçunu heyətinə qatmaq üçün "sarı-lacivərtlilər" ilə danışıqlar aparır.
Qeyd edək ki, Cenk 2024/25 mövsümündə "Fənərbağça" forması ilə 17 oyuna çıxıb və 2 qola, 1 məhsuldar ötürməyə imza atıb. \Offsideplus.az