AZ

Şah rapid və blitsdə də şahdı

Beynəlxalq Şahmat Federasiyası klassik şahmatdan sonra mart üçün rapid və blits üzrə də reytinq cədvəllərini dərc edib.
Sürətli şahmatda Azərbaycan qrossmeysterləri arasında ən yüksək nəticə Şəhriyar Məmmədyarova məxsusdu. O, siyahıda 20-ci (2701 xal), Teymur Rəcəbov 34-cü (2668) , Eltac Səfərli isə 95-ci (2616) yerdədi. Maqnus Karlsen (Norveç, 2819) rapiddə liderlik edir, 2-ci yerdə Dinq Liren (Çin, 2776), 3-cü yerdə isə Yan Nepomnyaşi (FIDE, 2758) qərarlaşıb.

Eyni zamanda, blitsdə Məmmədyarov 35-ci yerdədi (2680). İlk "yüzlük"də daha üç şahmatçımız var: Rəcəbov 41-ci (2663), Rauf Məmmədov 64-cü (2637), Eltac Səfərli isə 77-ci (2627) yerdədi. Blits üzrə də lider Karlsendi (2883), 2-ci yeri Əlireza Firuzca (Fransa, 2857), 3-cü yeri isə Hikaru Nakamura (ABŞ, 2838) tutur.

Seçilən
12
football-plus.az

1Mənbələr