AZ

Gəncədə məktəb direktoru ilə bağlanmış əmək müqaviləsi uzadılmayıb

Xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə Gəncə şəhər İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Gülbəniz Bayramova ilə bağlanmış əmək müqaviləsi uzadılmayıb.

Bu barədə Trend-ə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib.

 

Qeyd edilib ki, təhsil müəssisələrində sağlam işgüzar mühitin təmin olunması, vətəndaşların təhsil müəssisəsinə etimadının, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması əsas prioritetlərdəndir.

Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir.

Seçilən
33
6
day.az

9Mənbələr