AZ

Şiddətli töhmət alan məktəb direktoru işdən çıxarıldı

“Xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə Gəncə Şəhər İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Gülbəniz Bayramova ilə bağlanmış əmək müqaviləsi uzadılmayıb”.

Bu barədə Oxu.Az-a Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.

“Təhsil müəssisələrində sağlam işgüzar mühitin təmin olunması, vətəndaşların təhsil müəssisəsinə etimadının, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması əsas prioritetlərdəndir.

Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir”, – məlumatda qeyd olunub.

Gəncə Şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Gülbəniz Bayramova tutduğu vəzifədən azad edilib.

Editor.az-ın əldə etdiyi məlumata görə, Gülbəniz Bayramova bir il əvvəl bu vəzifəyə təyin olunmuşdu.

Qeyd edək ki, fəaliyyəti dönəmində etdiyi ciddi nöqsanlara görə, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən ona şiddətli töhmət verilib. Direktora töhmətdən sonra sonuncu dəfə xəbərdarlıq edilmişdi.

Seçilən
36
4
editor.az

9Mənbələr