AZ

Binədə yataqxanada güclü yanğın olub (VİDEO)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakışəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşənbeşmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumatdaxil olub.

Nazirlikdən Trend-ə verilən xəbərə görə, məlumatla əlaqədar dərhaləraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetməxidmətlərinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğınınbeşmərtəbəli yataqxana binasının dördüncü mərtəbəsindəki mənzildəbaş verdiyi və sakinlərdən bir neçəsinin binanı tərk edə bilməməsisəbəbindən təhlükəli vəziyyətlə üz-üzə qaldığı müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğıngenişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkanverilmədən qısa müddətdə söndürülüb.

Həmçinin, xüsusi təyinatlı texnikanın - avtokranın tətbiqi iləyuxarı mərtəbələrdə təhlükədə qalmış sakinlər xilas ediliblər.

Yanğın nəticəsində ümumi sahəsi 40kv.m. olan ikiotaqlı mənzilinyanar konstruksiyaları yanıb, yüksək temperaturdan ümumi dəhlizindivarları 20kv.m. sahədə deformasiya edib.

Digər mənzillər yanğından mühafizə olunub.

Seçilən
38
37
az.trend.az

10Mənbələr