Rusiyanın Samara vilayətində səyyar sirkdə oturacaqların uçması nəticəsində xəsarət alanların sayı 8-ə çatıb.
APA xəbər verir ki, bu haqda Regional Səhiyyə Nazirliyindən məlumat verilib.
"Neftyanikov küçəsində sirk çadırı uçub. Hadisə yerində təcili tibbi yardım briqadası işləyirdi, 8 nəfər yaralanıb. 3 nəfər tibb müəssisəsinin təcili yardım otağına aparılıb, 5 nəfər öz imkanı ilə gəlib. İlkin məlumata görə, zərərçəkənlərin xəsarətləri yüngüldür. Onların xəstəxanaya yerləşdirilməsi tələb olunmur", - nazirlikdən bildirilib.
Qeyd edək ki, Samara vilayətinin Nefteqorsk şəhərində çıxış edən səyyar sirkdə tamaşaçıların əyləşdiyi oturacaqların altı sırası dağılıb. Nəticədə bir neçə nəfər xəsarət alıb. Hadisə zamanı ölən olmayıb.