Monteneqroda təşkil edilən 20 yaşlılar arasında şahmat üzrə dünya çempionatı sona çatıb.
İdman.biz xəbər verir ki, Azərbaycan şahmatçısı Ayan Allahverdiyeva qızların yarışında ikinci yeri tutub.
Təmsilçimiz bu gün keçirilən 11-ci turda Özbəkistan təmsilçisi Afruza Xamdamovayla heç-heçə oynayıb. Bu nəticədən sonra xalını 8-ə çatdıran Ayan dünya çempionatının gümüş medalına layiq görülüb. Qızıl medalı 9 xal toplayan Anna Şuxman qazanıb.
Qeyd edək ki, dünya çempionatında 50 ölkədən 200-dən çox şahmatçı mübarizə aparıb.
İdman.biz