AZ

Tramp: "Ukrayna nizamlanma istəməsə, yardımı dayandıracağıq"

Ukrayna nizamlanmaya hazır olmasa, Vaşinqton Kiyevə yardımı dayandıracaq.

Qaziler.az TASS-a istinadla xəbər verir ki,  bu barədə ABŞ prezidenti Donald Tramp açıqlamasında deyib.

“Əgər onlar [Ukrayna hakimiyyəti] nizamlanma istəməsələr, biz ordan gedəcəyik. Çünki biz onların həll yolu axtarmalarını istəyirik”, - Amerika lideri jurnalistin Ukraynaya gələcək yardımla bağlı sualını cavablandırarkən deyib.

Martın 4-də Ağ Ev Ukraynaya hərbi yardımın dayandırıldığını elan edib. Bu qərar Trampın Oval kabinetdə ukraynalı həmkarı Volodimir Zelenski ilə münaqişəsindən sonra verilib.

QAZİLER.AZ

Seçilən
48
3
qaziler.az

4Mənbələr