Ukrayna nizamlanmaya hazır olmasa, Vaşinqton Kiyevə yardımı dayandıracaq.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp açıqlamasında deyib.
“Əgər onlar [Ukrayna hakimiyyəti] nizamlanma istəməsələr, biz ordan gedəcəyik. Çünki biz onların həll yolu axtarmalarını istəyirik”, - Amerika lideri jurnalistin Ukraynaya gələcək yardımla bağlı sualını cavablandırarkən deyib.
Martın 4-də Ağ Ev Ukraynaya hərbi yardımın dayandırıldığını elan edib. Bu qərar Trampın Oval kabinetdə ukraynalı həmkarı Volodimir Zelenski ilə münaqişəsindən sonra verilib.
QAZİLER.AZ