"Mançester Yunayted" növbəti mövsümün transfer hazırlıqlarına artıq indidən başlayıb. 

Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar" "Kristal Palas"ın oyunçusunu transfer etməyə hazırlaşır. Bu barədə "The Sun" nəşri məlumat yayıb.

Mançester təmsilçisi yay "transfer pəncərəsi"ndə Filip Matetanı heyətinə cəlb etməyi planlaşdırır.

Qeyd edək ki, Mateta 2023/24 mövsümündə 33 oyuna çıxıb və 15 qola, 3 məhsuldar ötürməyə imza atıb.