“Ukrayna sülhə hazırdır, ancaq hansısa güzəşt qarşılığında yox”.
Yenicag.az xəbər verir ki, bunu Ukraynanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Yeqor Çerniyev BBC-yə açıqlamasında deyib.
O bildirib ki, kimin təcavüzkar, kimin qurban olduğu unudulmamalıdır:
“Qurbanın təslim olmağını gözləmək haqsızlıq olar. Üç ildir böyük bir ğlkəyə qarşı savaşırıq, buna görə də bəzi kartlarımız var”.