AZ

Türkiyədən Azərbaycana bu məhsulun ixracı kəskin azaldı

Türkiyə 2025-cü ilin fevral ayında Azərbaycana polad ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,3 faiz azaldıb, bu isə 7 milyon 99 min 27 dollar təşkil edib.

Axar.az xəbər verir ki, bu barədə “TurkicWorld”ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – fevral aylarında Türkiyədən Azərbaycana polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,1 faiz azalaraq,16 milyon 671 min 79 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-fevral aylarında Türkiyənin dünya bazarlarına polad ixracı 2024-cü ilin eyni ayı ilə müqayisədə 0,2 faiz artaraq, 2 milyon 493 min 484 dollara bərabər olub.

“Bu ilin fevral ayında Türkiyə 1 milyon 242 min 480 dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin fevral ayı ilə müqayisədə 9,7 faiz azdır,” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (fevral 2024 – fevral 2025) Türkiyə 16 milyon dollar məbləğində polad ixrac edib.

Seçilən
62
4
axar.az

10Mənbələr