Avropa kuboklarında dünən başa çatan 1/8 final mərhələsinin ilk oyunlarından sonra reytinq siyahısına yeniləmə edib.
Sportinfo.az xəbər verir ki, siyahıda Azərbaycan əvvəlkitək 7 klubla təmsil olunur.
Fevralın 21-də açıqlanmış son reytinqlə müqayisədə Azərbaycanın siyahıda ən üst mövqeyə malik təmsilçisi “Qarabağ”ın mövqeyində dəyişiklik olub. Ağdam təmsilçisi 1 pillə geriləyərək 67-ci yerə düşüb. Onun ehtiyatında 32.000 xal var.
Ümumilikdə Azərbaycan klublarının son reytinq sıralaması aşağıda qeyd edilən kimidir:
67 (-1). Qarabağ” - 32.000
187 (0). “Neftçi” -8.000
310 (0). “Zirə” - 4.000
311 (0). “Sabah” - 4.000
315 (0). “Sumqayıt” - 4.000
332 (-4). “Qəbələ” - 3.000
333 (-3).“Şamaxı” - 2.500
Daha öncə xəbər verdiyimiz kimi, UEFA reytinqində Azərbaycan da ölkə 1 pillə geriləyib və hazırda 29-cu yerdədir.
Klub reytinqinə isə əvvəlkitək “Real” Madrid (142.000 xal) başçılıq edir.