AZ

Ukrayna Amerika silahları olmadan sağ çıxa biləcəkmi?

Məqalə barədə məlumatMüəllif, Oleq Çernış, Pavel AksyonovVəzifə, BBC News Rusca

Üç ildir ki, davam edən tammiqyaslı müharibə ərzində Amerika Birləşmiş Ştatlarının Ukraynaya hərbi yardımı dayandırıldı.

ABŞ prezidenti Donald Trump hesab edir ki, Kiyevə müdafiə yardımı yükü Avropanın çiyninə düşməlidir. Bu, Ukrayna üçün nə deməkdir?

Ukrayna Silahlı Qüvvələrinə (USQ) Amerika silahlarının tədarükü prezident Joe Biden dövründə imzalanmış müqavilələrə əsasən davam edir. Plana görə, bu tədarüklər 2025-ci ilin sonuna qədər davam etməlidir. Amma bu, onları Ağ Evin yeni rəhbərinin səssiz razılığı ilə qəfil kəsə biləcək "gözlənilməz halları" istisna etmir.

Lakin Ukrayna rəsmilərinin sözlərinə görə, cəbhədəki silahların təxminən 40 faizi artıq Ukrayna istehsalıdır. Qalanı hələ də Avropa və Amerika tərəfdaşları tədarük edilir.

Təkcə ötən il Ukrayna hərbi-sənaye kompleksi 9 milyard dollarlıq məhsul istehsal edib. Eyni zamanda, strateji sənaye naziri German Smetaninin hesablamalarına görə, hərbi sənaye kompleksinin potensialı iki dəfə yüksəkdir.

"Ukrayna müəssisələri keçən il iki dəfə çox, təxminən 20 milyard dollar dəyərində, müdafiə təyinatlı məhsullar istehsal edə biliblər, - o deyib.

Hazırda Kiyevin əsas səyləri Amerika silahlarının əksəriyyətini öz istehsalı və Aİ ölkələrinin dəstəyi ilə əvəz etməyə yönəlib.

Müdafiə məsələləri ilə məşğul olan yüksək rütbəli Ukrayna rəsmisi BBC-yə izah edib ki, Kiyev əslində yalnız bir neçə növ silah baxımından ABŞ-dan son dərəcədə asılıdır.

Məsələn, bu, əsas məhvetmə vasitələrinə və cəbhədəki "istehlak materiallarına" - kəşfiyyat, zərbə və FPV dronlarına şamil edilmir. Onların böyük əksəriyyəti Ukraynanın özəl və dövlət şirkətləri tərəfindən toplanır.

Ukrayna" loading="lazy" width="1024" height="683">

Şəklin mənbəyi, Ukrinform

Seçilən
21
bbc.com

1Mənbələr