Bakı. Trend:
Bu gün saat 20 radələrində Mingəçevir şəhərində Sabir Abdullayevidarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən piyada,1959-cu il təvəllüdlü Əliyev İlham Adil oğlunu vurub. Piyada aldığıxəsarətlərdən ölüb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə bildirilib ki,piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlıcinayət işi başlanılıb, araşdırmalar aparılır.