AZ

BMT helikopterinə hücum zamanı 28 nəfər həlak olub, aralarında general da var

Xəbər verdiyimiz kimi Cənubi Sudanda BMT helikopteri atəşə tutulub.

Bizim.Media xəbər verir ki, hücum nəticəsində yüksək rütbəli general öldürülüb.

"Həlak olan hərbçilərin dəqiq sayı hələ müəyyən edilməyib, lakin general da daxil olmaqla, 28 nəfər həlak olub. Onların hamısı martın 7-də səhər saatlarında helikopterlə təxliyə zamanı həlak olub", - “Radio Tamuzuj” səlahiyyətlilərə istinadən məlumat yayıb.

Radiostansiyanın məlumatına görə, öldürülən general Cənubi Sudan Silahlı Qüvvələrinin yüksək rütbəli hərbi komandanlığının tərkibində olan Majur Dakdır. Helikopter ekipaj üzvü də həlak olub.

Hücum bir qrup hərbçinin Nasir şəhərindən təxliyəsi zamanı baş verib.

Bizim.Media

Seçilən
54
23
bizim.media

10Mənbələr