AZ

İran ABŞ qarşısına şərt qoyub



İran ABŞ qarşısına şərt qoyub. Danışıqlara hazırıq, amma vasitəçi ilə. Birbaşa danışıqlar yox.

İkinci şərt isə Trampın İrana qarşı sərt ritorikadan imtina etməsidir.
Xamenei faktiki ABŞ - la oyun oynayır. Vasitəçi tələb edir, əgər görüşdə hansısa bir problem çıxsa, özü geri çəkilməyə məcbur olsa bunu dərhal vasitəçinin üzərinə yıxacaq.

İkinci məsələ isə Trampdan danışıqlara başlamaq üçün müəyyən güzəştlər tələb edib daxildə özünü güclü göstərməyə çalışır. Görək Tramp buna nə cavab verəcək. İran Ərdoğanın vasitəçiliyini qəbul etməz, SEPAH ciddi müqavimət göstərəcək. Ehtimal ki, Tehran Rusiyanın vasitəçi olmasını istəyəcək. Bu ona həm də vaxt qazandırır. Ukraynada savaş bitməmiş onsuz Rusiyanın vasitəçiliyi mümkün deyil. İkinci tərəfdən isə danışırlar masasında müəyyən rıçaqlarla Rusiyanı öz tərəfinə çəkə bilər.

Ehtimal ki, yaxın günlərdə Tehrandan Moskvaya yüksəkrütbəli səfər olacaq. Nə qədər xoşumuz gəlməsə də, Xamenei siyasətçi kimi çox gözəl oyun qurub oynamağı bacaran adamdı. Vaxtında və çox gözəl həmlələr edir. İstər xarici, istər daxili siyasətdə. İllərdir ölkədə mühafizəkar və islahatçıları bir - birinə qırdırıb öz böyüklüyünü saxlayır.

Prezidentləri bir bu, bir digər tərəfdən seçdirərək balansı saxlayır. Hər zaman düşünürdüm ki, bu adam necə İbrahim Rəisinin prezident olmasına imkan verdi. Bu ki, belə səhf etməzdi. Həm öz nüfuzunu azaltdı, həm də oğlunun yolunu bağladı. Yada Qasım Süleymaninin təbliğatı niyə belə güclü gedir. Onun prezident olması bunun gücünə kölgə sala bilərdi. Amerikalılar düz deyil. Xamenei Makiavelli qədər hiyləgər və çox təhlükəli siyasətçidir.

Zeynal Əmrəliyev, politoloq
Seçilən
36
newscenter.az

1Mənbələr