AZ

Tramp: "Rusiya ilə razılaşmaq Ukraynadan daha asandır"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Çox ehtimal ki, Rusiya ilə razılaşmaq Ukraynadan daha asandır".
Oxu.Az RBC-yə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
"Düşünürəm ki, Rusiya ilə yaxşı irəliləyirik. Açığını desəm, mənə elə gəlir ki, Ukrayna ilə razılaşma əldə etmək daha çətindir. Onların kartları yoxdur", - Tramp bildirib.
Onun sözlərinə görə, Moskvanın "kozırları" var, ona görə də, onlarla iş görmək daha asandır.
Amerika liderinin sözlərinə görə, Prezident Vladimir Putin döyüşləri dayandırmaq istəyir.
ABŞ-nin Ukraynaya hərbi yardımı (indi dayandırılıb) ilə bağlı suala cavab olaraq o bildirib ki, dəstək yenidən mümkün ola bilər.
Seçilən
92
50
oxu.az

10Mənbələr