Çox istifadə edilən bu məhsul bahalaşdı -
Ən çox istifadə edilən tərəvəz olan kartofun qiyməti bahalaşıb.Metbuat.az xəbər verir ki, bu barədə "Xəzər TV" məlumat yayıb. 20 gündür ki, bazarlarda ən bahalı kartof 2 azn-ə, ən ucuzu isə 1,20 azn-ə satılır.Satıcılar deyir ki, qiymət artımına səbəb bazarda yerli məhsulun az olması, xaricdən də kartof idxalının azalmasıdır.Satıcıların sözlərindən belə başa düşdük ki, hazırda bazarda daha çox yerli kartof var.İqtisadçılar isə bahalaşmanın 2 səbəbinin olduğunu deyir. Onların fikrincə xaricdən kartof idxalı azalıb. Digər bir səbəb isə dizel yanacağının qiymətinin 25% artmasıdır. Bu 2 səbəb kartofun qiymətinə təsir edir. Qeyd edək ki, 2024-cü ildə ölkədə 1 milyon tona yaxın kartof istehsal olunub. Onun da 48,3 min tonu xaricə ixrac edilib.