AZ

Hakan Çalhanoğlu üçün fantastik məbləğ

Bu mövsüm zədələrlə mübarizə aparan Hakan Çalhanoğlu Bundesliqa nəhənginin əsas transfer hədəfinə çevrilib..

Poliqon xəbər verir ki, "Bayern" heyətini türk ulduz ilə gücləndirməyi niyyətindədir. Təcrübəli yarımmüdafiəçi hazırda "İnter"in futbolçuları arasında satılması ən yaxın görünən oyunçudur.

Bu barədə İtaliya mediasından "Calcio Mercato" məlumat yayıb.

Seriya A klubu Hakanın satışından 50-55 milyon avro qazanmağı planlaşdırır.

Qeyd edək ki, Çalhanoğlu 2024/25 mövsümündə Turin təmsilçisinin forması ilə 29 oyuna çıxıb və 7 qola, 3 məhsuldar ötürməyə imza atıb. (Offsideplus.az)

Poliqon.info 


 
 
 
 

Seçilən
15
3
poliqon.info

4Mənbələr