AZ

Dondurmadan ilan çıxdı - EHTİYATLI OLUN

Cənubi Asiya ölkəsi Tailandda küçə satıcısından dondurma alan şəxsin başına gələnlər hamını şoka salıb.

News24.az bildirir ki, adam bağlamanı açarkən onun içərisində ilan qalığı aşkar edib. Dondurmanın içindəki qara və sarı ilanın fotolarını sosial şəbəkədə paylaşan gənc "Şirin gözlü ilan, hələ ölməmisən? Yol kənarındakı stenddən aldığım qara lobya dondurması. Bu, real şəkil və real vəziyyətdir" deyib.

Mütəxəssislər dondurmanın içərisində görünən ilanı Cənub-Şərqi Asiyadan olan yüngül zəhərli növ olan gənc "qızıl ağac ilanı" kimi müəyyən ediblər.

Tailand mətbuatının əlaqə saxladığı gənc bildirib ki, hadisədən sonra dondurmanı aldığı satıcıya qaytarıb.

Zəhraxanım Şeydayeva



Seçilən
32
news24.az

1Mənbələr