Birləşmiş Millətlər Təşkilatına məxsus helikopter Cənubi Sudanın Nasir şəhərində atəşə tutulub.
Senzor.az bildirir ki, bu barədə BMT məlumat yayıb.
Helikopter Cənubi Sudan hərbçilərini təxliyə etməyə çalışarkən atəşə tutulub. Nəticədə, biri general olmaqla, ən azı 28 hərbçinin həlak olduğu bildirilir: “Həlak olan hərbçilərin dəqiq sayı hələ müəyyən edilməyib. Lakin general da daxil olmaqla, 28 nəfərin həlak olması barədə informasiya var”.