AZ

A Seriyası: “Kalyari” və “Cenoa”dan hərəyə 1 qol

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 28-ci turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında “Kalyari” doğma meydanda “Cenoa” ilə qarşılaşıb. İki qolun qeydə alındığı oyunda qalib müəyyənləşməyib.

28-ci turun qalan görüşləri martın 8-də, 9-da və 10-da keçiriləcək.

İtaliya, A Seriyası
28-ci tur
7 mart

Kalyari – Cenoa 1:1
Qollar: Viola, 18 – Korne, 47.

8 mart

18:00. Komo – Venesiya
18:00. Parma – Torino
21:00. Leççe – Milan
23:45. İnter – Montsa

9 mart

15:30. Verona – Bolonya
18:00. Napoli – Fiorentina
21:00. Empoli – Roma
23:45. Yuventus – Atalanta

10 mart

23:45. Latsio – Udineze

Seçilən
40
arena.az

1Mənbələr