"Mançester Siti" yayın ən səs-küylü transferlərindən birinə imza ata bilər.
Offsideplus.az "Football Transfers"ə istinadən xəbər verir ki, "şəhərlilər" "Real Madrid" klubunun yarımmüdafiəçisi Eduardo Kamavinqa ilə maraqlanır. Klub 22 yaşlı fransızı İlkay Gündoğan və Bernardo Silvanın əvəzedicisi kimi görür.
Baş məşqçi Xosep Qvardiola da Fransa millisinin üzvünün mümkün transferinə razılıq verib.
Qeyd edək ki, Kamavinqa cari mövsüm bütün turnirlər üzrə 24 oyuna çıxıb, 1 qol və 2 assistə imza atıb. Hazırda 80 milyon avro qiyməti olan yarımmüdafiəçinin Madrid təmsilçisi ilə müqaviləsinin müddəti 2029-cu ilin yayında başa çatacaq.