Bakı. Trend:
Naxçıvan Dövlət Universiteti, ləğv olunmuş Babək, Şahbuz,Kəngərli, Ordubad rayon baytarlıq şöbələri, eləcə də ləğv olunmuş“Naxçıvan Duz İstehsalı” Müəssisəsinə məxsus bir sıra avtomobillərsatışa çıxarılır.
Trend-in əldə etdiyi məlumatagörə, siyahıda səkkiz nəqliyyat vasitəsi yer alıb.
Hərrac Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyiyanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “HərraclarınTəşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən 17 aprel 2025-ci iltarixində keçiriləcək.
Satışa çıxarılan nəqliyyat vasitələrinin satart qiymətləri 3150manatdan başlayaraq 5400 manatadək dəyişir.
Sifarişlər Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyiyanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “HərraclarınTəşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən Naxçıvan şəhəri,8-ci küçə, 1/5A ünvanında hərracın keçirilməsinə ən geci 3 (üç)bank günü qalanadək qəbul olunacaq.