ABŞ prezidenti Donald Tramp deyib ki, Tehran ya Vaşinqtonla razılığa gəlməlidir, ya da yaxın gələcəkdə bunun ağər nəticələri ilə üzləşməlidir.
Oval kabinetdə jurnalistlərə açıqlama verən Tramp ABŞ və İran arasında vəziyyətin gərgin olduğunu və çox yaxında nəyinsə baş verəcəyini bildirib. Amerika lideri sülh sazişinə ümid etdiyini bildirib, lakin alternativ variantın da problemi həll edəcəyini qeyd edib.
Tramp ABŞ-ın hansı addımları ata biləcəyini açıqlamayıb, lakin vurğulayıb ki, Vaşinqton Tehranla münasibətlərdə mövcud vəziyyətlə barışmaq niyyətində deyil.
Martın 7-də ABŞ prezidentinin İranın ali dini lideri Əli Xamneyiyə məktub göndərdiyi bildirilib. Tramp “İranın nüvə silahı əldə etməməli olduğunu” vurğulayıb və Tehranın Vaşinqtonla danışıqlar aparacağına ümid etdiyini bildirib.
Bunun ardınca İranın xarici işlər naziri Abbas Əraqçi bəyan edib ki, İran Tehrana qarşı maksimum təzyiq və təhdid siyasətini davam etdirdiyi müddətdə ABŞ ilə birbaşa danışıqlara getməyəcək.
Əziz Mustafa, Oxuməni.az