
Martın 7-də Rusiyanın Krasnodar diyarında xüsusilə böyük miqyasda çirkli pulların yuyulması işi ilə bağlı məşhur bloger Aleksandra Mitroşina saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, bu gün Mitroşina dindirilmək üçün Moskvanın Cənub İnzibati Dairəsi üzrə İstintaq İdarəsinə aparılıb.
İstintaq Komitəsinin məlumatına görə, bloger günahını tam etiraf edib.
Bazar ertəsi istintaq bloger barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə vəsatət verəcək.
Müstəntiqlərin fikrincə, bloger vergidən yayınma nəticəsində 127 milyon rubldan (2,5 milyon manat - red.) çox pul əldə edib, bundan sonra alınan vəsaitlərə qanuni sahiblik görüntüsü yaratmaq üçün Moskvada daşınmaz əmlak almaqla onların bir hissəsini leqallaşdırıb.
Qeyd eək ki, Aleksandra özünü “Rus infobizinin və bloqçuluğunun anası” adlandırır. Sosial şəbəkələrdə tanıtım və satış üzrə kurslar və təlimlər təşkil edir. Onun İnstaqramda 2,7 milyon izləyicisi var.