1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Suriyanın təhlükəsizlik qüvvələri sahilyanı Tartus və Latakiya əyalətlərinə gedən yolları bağlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.
Məlumata görə, yolun blokadası yerlərdə mümkün gərginliyin qarşısını almaq və bölgələrdə vəziyyəti sabitləşdirmək məqsədi daşıyır.
Suriyanın yeni hakimiyyət orqanları artıq son hərbi əməliyyatlar zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə hallarını araşdıracaq xüsusi komitə yaradıb və şübhəli şəxslərin işlərinə tribunalda baxılacaq.