AZ

Mingəçevirdə qanunsuz balıq ovlayan şəxs saxlanılıb

Mingəçevirdə qanunsuz balıq ovlayan şəxs saxlanılıb.

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən xidməti ərazidə qanun pozuntularının aşkarlanması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan "Operativ Media"ya  verilən məlumata görə, su polisləri tərəfindən Mingəçevir su anbarında keçirilən növbəti tədbir zamanı qanunsuz olaraq balıq ovu ilə məşğul olan N.Abdullayev saxlanılıb. Ondan rezin qayıq, tor, “domça” adlandırılan balıqovlama aləti, qanunsuz ovladığı balıqlar və digər əşyalar aşkarlanıb.

Faktla bağlı araşdırmalar aparılır.

Seçilən
11
17
operativmedia.az

10Mənbələr