AZ

Bolton Trampı ifşa etdi: Boş şeydir

ABŞ prezidenti Donald Trampın Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəyi ilə bağlı təhdidləri tamamilə boşdur.

Publika.az CNN-ə istinadən xəbər verir ki, bunu Ağ Evin keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton deyib.

Bolton qeyd edib ki, Trampın Rusiyaya qarşı sanksiyaların mümkün tətbiqi ilə bağlı bəyanatları sırf ictimai ritorika ilə bağlıdır. Beləliklə, Ağ Ev rəhbəri uzun müddətdir ki, Kiyevi tənqid etdiyi üçün “balans” yaratmağa çalışır.

“O, bunu Ukrayna prezidenti Vladimir Zelenski və ukraynalılar haqqında dediyi sözləri nəzərə almaqla hansısa tarazlıq nümayiş etdirmək cəhdi üçün edib”, - deyə Bolton bildirib.

O, həmçinin əlavə edib ki, hətta sanksiyaların tətbiqi ilə də Rusiya əziyyət çəkməyə başlamayacaq. Ölkə uzun müddətdir ki, tətbiq edilən bütün məhdudiyyətlərdən yan keçib.

Seçilən
45
publika.az

1Mənbələr