AZ

Xavi "Barsa"nın tarixin ən yaxşısı olub-olmadığı ilə bağlı sualı cavablandırıb

“İspaniya tarixində ən yaxşı futbolçu nəslinə malik idik, üstəlik bütün zamanların ən yaxşısı Lionel Messi də bizdə idi".

İdman.biz xəbər verir ki, "Barselona"nın şərəfini qorumuş Xavi keçmiş komandasının futbol tarixinin ən yaxşısı olub-olmadığı ilə bağlı sualı cavablandırırkən belə deyib.

"France Football"a danışan 2010-cu ilin dünya çempionu fikrini belə tamamlayıb: "Bütün zamanların ən yaxşı komandası olub-olmadığımızı bilmirəm, ancaq tarixin ən yaxşı dörd və ya beş komandası arasında olmaq belə böyük şərəfdir".

Xavi 1998-2015-ci illərdə ümumilikdə 767 oyunda "barselona"nın formasını geyinib. Onlar iki dəfə - 2009 və 2015-ci illərdə mövsümün üç əsas titulunu qazanıblar (İspaniya çempionu, İspaniya kuboku və Çempionlar Liqasının qalibi).

İdman.biz

Seçilən
15
idman.biz

1Mənbələr