AZ

Bakıda gizləndikləri evdə tutuldular - İki nazirlikdən birgə ƏMƏLİYYAT


Bakıda cinayət törədənlər gizləndikləri mənzildə saxlanılıblar.

Bu barədə Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin mətbuat xidmətlərindən  daxil olan birgə məlumatda bildirilib.

Qeyd olunub ki, polis əməkdaşları tərəfindən törətdikləri cinayət əməllərinə görə axtarışda olan 38 yaşlı Nəcəfxanov Anar Abdula oğlu və 40 yaşlı Əliyev Əhməd Fərhad oğlunun Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən mənzillərdən birində gizləndikləri müəyyən edilib. Mənzilin qapısının açılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat verilib. 

Məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Birgə keçirilən əməliyyat nəticəsində mənzilin giriş qapısı açılaraq axtarışda olan şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.



Seçilən
66
1
news24.az

10Mənbələr