AZ

Sumqayıtda 95 minlik dələduzluq

Sumqayıtda bir nəfərin 95 min manat pulu dələduzluq yolu ilə ələ keçirilib.

DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, bu barədə polisə məlumat daxil olub.

Araşdırma nəticəsində cinayətdə şübhəli bilinən 32 yaşlı Sumqayıt sakini H.Həsənli saxlanılıb.

Faktla bağlı ilkin istintaq hərəkətləri davam edir.

Seçilən
13
3
qafqazinfo.az

4Mənbələr