AZ

Azərbaycan–Venesuela konsulluq məsləhətləşməsi keçirilib

Martın 6-da Azərbaycanın Xarici İşlər Nazirliyi ilə Venesuela Bolivarın Xarici İşlər üzrə Xalq Hakimiyyəti Nazirliyi arasında videokonfrans formatında ilk konsulluq məsləhətləşmələri keçirilib.

Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan XİN-in Konsulluq idarəsinin rəisi Emil Səfərov, Venesuela nümayəndə heyətinə isə Venesuela Bolivarın Xarici İşlər üzrə Xalq Hakimiyyəti Nazirliyinin Konsulluq əlaqələri ofisinin baş direktoru Maria Rafaela Suarez Hernandez rəhbərlik ediblər.

Məsləhətləşmələr zamanı iki ölkə arasında konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, bu sahədə ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi imkanları müzakirə olunub.

XQ

Seçilən
48
9
xalqqazeti.az

10Mənbələr