AZ

Ekstradisiya qorxusu Tural Sadıqlını çılğınlaşdırır – DEPUTAT

Ekstradisiya müddəti qısaldıqca, yaxınlaşdıqca Tural Sadıqlı daha da azğınlaşır və gədəliyin bütün parametrlərinə daha "dolğun” cavab verir. Yəqin həmin səbəbdəndir ki, əli hər şeydən üzülən bu binəva, qolçomaq xislətli yaramaz, öz qrup yoldaşına qarşı təcavüzdə bulunan manyak indi də keçmiş üzərindən manipulyasiya etməyə çalışır.

Üstəlik, saytları və dəyərli jurnalistləri hədəfə alaraq!

50 dəfə sual etmişəm. Ki, sənin misirli qızla Naxçıvan Dövlət Universitetində nə alış-verişin olub? Sən o qıza neyləmisən? Səni o qız üstündə niyə döyüblər? Lap dəqiq desəm: qızın qohumları sənin leşini niyə küçənin ortasına atıblar və sən də dizini yerə qoyaraq yalvarmaq məcburiyyətində qalmısan?  -  Cavab yoxdur!

Amma bu boyda həngamənin cavabını vermək əvəzinə Sevinc Telmanqızını qaralamaq, "Yeni Müsavat”ı öz aləmində "vurmaq” nə qədər rahatdır, deyilmi?

Açığı, nə gizlədim, mən Sevinc adını görərkən ilk öncə elə bildim, söhbət Turalın qız əkizi, Kardaşyanın ana tərəfdən yaxın qohumu olan Sevinc Osmanqızından gedir. Hətta düşündüm ki, yəqin izdivacları pozulub, Hollandiyada girdikləri "vətəndaş nigahı”na xitam verilib, ya da nə bilim erməni lobbisindən gələn paraları bölmək məsələsində problem yaranıb deyə bir-biri ilə tutaşıblar.

Hərgah, yox! Yanılmışam. Mövzu Telmanqızı və onun 8 il əvvəl aldığı müsahibə imiş. Tural həmin müsahibəni arxivdən tapıb, üstündəki qalın tozu silib, ona özünəməxsus "effekt” verib, "təzə məhsul” kimi təqdim edib və.....beləcə sosial şəbəkədə fikir qarışdırmağa çalışıb.

Zavallı adam! 10-15 il əvvəl "Yeni Müsavat”a Əli Kərimli, Cəmil Həsənli kimi ünsürlər də müsahibə və açıqlamalar verib. Nə olsun?!

"Yeni Müsavat” məgər keçmiş yazıları və ortaya qoyduğu mövqeni inkarmı edir? "Yeni Müsavat” məgər olub-bitənlərimi danır? "Yeni Müsavat” məgər sənə öz köşələrində nə zamansa yer verdiyinimi təkzibləyir? Xeyr! Sadəcə məsələ burasındadır, sənin indiki təqdimatın qərəzlidir, niyyətin qaranlıqdır. Ayrıca, mənəvi deqrodasiyanın elə bir mərhələsində, rəzilliyin elə bir həddindəsən ki, oradan çıxmaq üçün bütün şərəfsizliklərə imza atırsan, hər alçaqlığa "ok” deyirsən və saman çöpü axtarışındaykən özün də hiss etmədən hazırda qərarlaşdığın bataqlığın daha dərin qatlarına yuvarlanırsan.

Yoxsa durub-dururkən keçmişi niyə "bu gün” kimi gözə soxasan ki?!

***

Tural! Eşit və bil!

Sənin kanalın "YouTube” deyil, bizim elə ta dədə-babadan bildiyimiz və tanıdığımız kanaldır. Sovet vaxtı həyətlərin, bağların tən ortasından keçən, tez-tez zibil torbaları ilə tutulan, iylənən kanal! Çürümüş kanal! Dərmə-deşik kanal!

Sənin kanalın – mürtədlərin yığışdığı bulaq başıdır və o bulağın açılıb-bağlanan yeri Azərbaycanın düşmənlərinin ixtiyarındadır.

Sənin kanalın – cəmi vətən xainlərinin oylaq yeridir və bütün ləyaqətini itirmişlər üçün "ata ocağı” anlamını daşıyır!

Nəhayət;  

Sənin kanalında hədəf alınmaq ayıb deyil. Çünki ölkənin ən dəyərli insanlarına nifrin, kin püskürürsən, hücum edirsən!

Vay o günə ki, həmin kanalda tərif, təqdir olunasan.

Bax adam üçün ən böyük söyüş, əsl ayıb o olar!

***

Telmanqızı ilə salam-əleykdən başqa heç bir doğmalıq, dostluq münasibətim yoxdur. Sonuncu dəfə onu nə zaman gördüyümü və ya  telefonla danışdığımı da xatırlamıram. Hətta desəm ki, yazılarını və verilişlərini xüsusi izləyirəm – o da yalan olar.

Amma dəqiq bildiyim bir şey var, Tural! Sənin kimi yüz kişini topalayıb bir yerə yığsalar, yenə həmin Sevincin bir faizi etməz!

Nə qürur, ləyaqət mövzusunda, nə də millilik...

***

P.S. Məni yaxından tanıyanlar yaxşı bilir: xarakter etibarilə yetərincə sakit və münaqişədən, mübahisədən, insanları acılamaqdan uzaq bir insanam. Və bu minvalla heç istəməzdim ki, xüsusən Tural Sadıqlı üçün özəl bir gündə, 8 martda, yüzlərlə kişinin hazırda onun telefonuna bayram təbriki göndərdiyi bir anda belə bir yazı yazım. Yəni, ən azından gözləyərdim bayram bitsin, sonra sözümü deyim. Amma imkan vermədi. Yenə həddini aşdı, cızığını keçdi  və...məcbur qaldım.

Elshen_Musayev.jpg

Elşən Musayev,

Milli Məclisin deputatı,

Demokratik Maarifçilik Partiyasının sədri

 

Seçilən
9
1
ulusum.az

2Mənbələr