AZ

Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri ilə birgə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirilib -Fotolar



Abşeron rayonunda 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd edilib. Xırdalan şəhərində yerləşən Mədəniyyət Mərkəzində baş tutan tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, regional idarələrin, rayonun hüquq-mühafizə orqanlarının, idarə-müəssisələrin rəhbərləri, şəhid ailələri və rayon ictimaiyyəti iştirak edib. Dövlət Himnimizin oxunması ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və vətənimizin bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbriki səsləndirilib.
Şəhid analarını, həyat yoldaşlarını və əmanətləri olan qiz övladlarını bayram münasibəti ilə təbrik edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev bildirib ki, Azərbaycan qadınları Vətən müharibəsində özlərinin məğrurluğu, vətənpərvərliyi və milli təssübkeşliyi ilə bir daha fərqləniblər. Düşmən üzərində qazanılan şanlı qələbəmizdə qadınlarımızın əvəzsiz rolunun olduğunu, qəhrəmanlarımızın yetişməsində, onların boya-başa çatdırılaraq tərbiyə edilməsində, vətəni sevdirməsində anaların göstərdiyi fədakarlığı xüsusi vurğulamalı olduğumuzu qeyd edən RİH başçısı bildirib ki, ölkəmizin, o cümlədən Abşeron rayonun ictimai həyatında şəhid ailələrinin qadın üzvləri çox fəal təmsil olunur, dövlət idarəçiliyinin müxtəlif spektrlərində irəli çəkilib.
Sonra Abşeron RİH yanında İctimai Şuranın sədri, Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova, Abşeron rayon Ağsaqqallar Şurasının və Saray bələdiyyəsinin sədri, şəhid Vidadi Zalovun atası Nizami Zalov, Saray qəsəbə 3 nömrəli tam orta məktəbin direktoru, əməkdar müəllim Təyyubə Hüseynova çıxış edərək Azərbaycan qadınlarını təbrik edib, onların tariximizdə oynadığı roldan, cəmiyyətimizin inkişafı üçün həyata keçirdikləri fəaliyyətdən danışıblar.
Sonda bədii hissədə ölkəmizin tanınmış incəsənət xadimlərinin və xalq artistlərinin ifasında konsert proqramı təqdim olunub.



Seçilən
20
aia.az

1Mənbələr