AZ

Yaz fəslinin özü ilə gətirdiyi xəstəliklər və... ONLARI YARADAN SƏBƏBLƏR

Yaz mövsümü ilə birlikdə fərqli hava şəraiti və təbiətin canlanması insan orqanizmində müxtəlif dəyişikliklərə səbəb olur.

Yaz fəsli, adətən orqanizmin zəiflədiyi fəsil hesab olunur.

Mütəxəssislər bildirirlər ki, yaz fəslində müxtəlif xəstəliklərin, o cümlədən, depressiv vəziyyətin artmasının əsas səbəblərindən biri avtonom sinir sisteminin vəziyyətidir.

Digər bir səbəb kimi isə həkimlər gündüz və gecə müddətinin dəyişməsi və qida rasionundakı dəyişiklikləri göstərilirlər. Fikirlərini isə belə əsaslandırırlar ki, adətən, yazın gəlişi ilə insanlar daha çox meyvə-tərəvəz almağa meyillənirlər. Bu zaman isə avtonom sinir sistemi ilə bərabər həm də immun sistemi yüklənir. İqlim dəyişikliyinə görə hormonlar fərqli şəkildə istehsal olunur, bədənimiz daha çox günəş alır və s. Bütün bu kimi amillər bu fəsildə xəstəliklərin artmasına səbəb ola bilir.

 

Bəs yaz aylarında əsasən hansı xəstəliklər artır?

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov Oxu.az-a şərhində qış fəslindən yaza doğru bir sıra xəstəliklərin artması faktını təsdiqləyib: "Bunların arasında müəyyən infeksion xəstəliklər, həzm taktının xəstəlikləri - mədə və onikibarmaq bağırsağın iltihabı, xoraları, həmçinin bitkilərin çiçəkləməsi ilə əlaqədar həssas insanlarda allergik təzahürlərlə gedən xəstəliklər (məsələn, pollinozlar, bronxial astma və s.) tez-tez rast gəlinir. Buna səbəb isə immunitetin hələ ki, tam bərpa olmaması, bu dövrdə rast gələn hipovitaminoz kimi faktorların olmasıdır", - deyə T.Eyvazov bildirib.

Həkim vurğulayıb ki, infeksion xəstəliklər sırasında kəskin respirator infeksiyalardan qripin azalması ilə yanaşı, daha çox rinovirus infeksiyasının yayılmasını, həmçinin ilboyu təsadüf edən adenovirusun yazda davam etməsi də müşahidə olunur.

"İstənilən halda bu xəstəliklərdən özümüzü qorumaq üçün immunitetimizin möhkəmlədilməsinə yönəlmiş tədbirləri görməli, vitamin və minerallarla zəngin qidaları qəbul etməli, havanın temperaturundan asılı olaraq düzgün geyim seçməli, kifayət qədər istirahət etməli, stresslərdən özümüzü qorumağa çalışmalıyıq", - deyə T.Eyvazov vurğulayıb.

Seçilən
41
18
korrespondent.az

10Mənbələr