AZ

Müntəzəm Omeqa-3 Qəbulu Yaşlanma Sürətini Azalda Bilər

BAKI,TurkicWorld

Elm adamlarının apardığı bir araşdırmaya görə, müntəzəm olaraq Omega-3 vitamini qəbul etmək bioloji yaşlanmanı yavaşlada bilər.

TurkicWorld AzerVoice-ə istinadən Harvard Universiteti və Sürix Universiteti tədqiqatçılarının da daxil olduğu beynəlxalq elmi qrup, hüceyrə və orqanlarda yaşa bağlı degenerasiya ilə bağlı üçillik araşdırma aparıb.

Araşdırmanın nəticələrinə görə, gündə bir qram Omeqa-3 vitamini qəbul edən şəxslərin bioloji yaşlanma sürəti, bu vitamini qəbul etməyənlərə nisbətən dörd aya qədər daha yavaş olub.

Elm adamları həmçinin bildiriblər ki, D vitamini ilə yanaşı müntəzəm olaraq idman edən, xüsusilə həftədə ən azı üç dəfə 30 dəqiqə fiziki fəaliyyət göstərən insanlarda daha böyük faydalar müşahidə olunub.

Tədqiqatçılar Omeqa-3 baxımından zəngin qidalanmanın aşağıdakı sağlamlıq faydaları ilə əlaqəli olduğunu qeyd ediblər:

İltihablanmanın azalması,
Oynaq sağlamlığının yaxşılaşması,
Ürək-damar xəstəlikləri riskinin azalması,
Xərçəng və demans (ağıl zəifliyi) riskinin aşağı olması.

Seçilən
18
turkic.world

1Mənbələr