AZ

Evlərində ölü tapılan aktyor və həyat yoldaşının ölüm səbəbi bəlli olub

Xəbər verdiyimiz kimi, “Oskar” mükafatlı aktyor Cin Hekman və həyat yoldaşı Betsi Arakavanın faciəvi ölümü Hollivud dünyasını şoka salmışdı. Fevralın 26-da Nyu-Meksikodakı evlərində ölü tapılan ər-arvadın ölüm səbəbi istintaqla aydınlaşıb. Hekmanın ölümünün ürək xəstəliyindən, Arakavanın isə hantavirusdan öldüyü açıqlanıb. Arakavanın ölümündən bir həftə sonra Hackmanın dünyasını dəyişdiyi, məşhur aktyorun Alzheimer xəstəliyinin irəlilədiyi və həyat yoldaşının onun ölümündən xəbərsiz olduğu bildirilib.


Sfera.az detalları təqdim edir.
 

Hollivudun unudulmaz adlarından biri olan Gen Hekman həyat yoldaşı Betsi Arakava ilə Nyu-Meksiko ştatının Santa Fe şəhərindəki evində faciəvi şəkildə dünyasını dəyişib.
 

95 yaşlı Hekman və 63 yaşlı Arakavanın cəsədləri fevralın 26-da itləri ilə birlikdə evlərində tapılıb. Yerli media hadisədə kobud oyun şübhəsinin olmadığını bildirib, lakin ölümün dəqiq səbəbi açıqlanmamışdı.
 

Hekman “The French Connection” və “Bonnie and Clyde” kimi əfsanəvi layihələrdə rol alan və karyerası boyunca “Oskar” da daxil olmaqla bir çox nüfuzlu mükafatlar qazanan aktyor idi. 1991-ci ildən evli olduğu Arakava tanınmış pianoçu idi.

 

Cütlüyün ölümləri Hollivud dünyasında dərin hüzn doğurub.


Eyni zamanda, ikilinin qəribə ölümləri də böyük maraq doğurub. Hadisə ilə bağlı ilkin araşdırmalar zorakılıq əlamətləri və dəm qazından zəhərlənməni istisna edib. Cütlüyün ölüm səbəbləri ilə bağlı aparılan dərin araşdırmalar acı həqiqəti üzə çıxarıb.


Həkmanın ürək xəstəliyindən, Arakavanın isə hantavirus ağciyər sindromundan öldüyü müəyyən edilib.

Hekmanın ölümü ilə bağlı açıqlamada 95 yaşlı məşhur aktyorun yüksək təzyiq və ürək xəstəliyindən dünyasını dəyişdiyi bildirilib. Dr. Heather Jerrell, Hekmanın Alzheimer xəstəliyinin irəlilədiyini bildirərək əlavə edib: "Hekman, yəqin ki, həyat yoldaşının ölümündən xəbərsiz olub." Qeyd olunub ki, məşhur aktyorun ölüm hadisəsi fevralın 18-də baş vermiş ola bilər.


Digər tərəfdən, Betsi Arakavanın ölüm səbəbinin nadir görülən hantavirus ağciyər sindromu olduğu açıqlanıb.
 

Aysel

Seçilən
23
sfera.az

1Mənbələr