XÉ™bÉ™r verdiyimiz kimi, “Oskar” mükafatlı aktyor Cin Hekman vÉ™ hÉ™yat yoldaşı Betsi Arakavanın faciÉ™vi ölümü Hollivud dünyasını ÅŸoka salmışdı. Fevralın 26-da Nyu-Meksikodakı evlÉ™rindÉ™ ölü tapılan É™r-arvadın ölüm sÉ™bÉ™bi istintaqla aydınlaşıb. Hekmanın ölümünün ürÉ™k xÉ™stÉ™liyindÉ™n, Arakavanın isÉ™ hantavirusdan öldüyü açıqlanıb. Arakavanın ölümündÉ™n bir hÉ™ftÉ™ sonra Hackmanın dünyasını dÉ™yiÅŸdiyi, məşhur aktyorun Alzheimer xÉ™stÉ™liyinin irÉ™lilÉ™diyi vÉ™ hÉ™yat yoldaşının onun ölümündÉ™n xÉ™bÉ™rsiz olduÄŸu bildirilib.
Sfera.az detalları təqdim edir.
Hollivudun unudulmaz adlarından biri olan Gen Hekman həyat yoldaşı Betsi Arakava ilə Nyu-Meksiko ştatının Santa Fe şəhərindəki evində faciəvi şəkildə dünyasını dəyişib.
95 yaşlı Hekman və 63 yaşlı Arakavanın cəsədləri fevralın 26-da itləri ilə birlikdə evlərində tapılıb. Yerli media hadisədə kobud oyun şübhəsinin olmadığını bildirib, lakin ölümün dəqiq səbəbi açıqlanmamışdı.
Hekman “The French Connection” vÉ™ “Bonnie and Clyde” kimi É™fsanÉ™vi layihÉ™lÉ™rdÉ™ rol alan vÉ™ karyerası boyunca “Oskar” da daxil olmaqla bir çox nüfuzlu mükafatlar qazanan aktyor idi. 1991-ci ildÉ™n evli olduÄŸu Arakava tanınmış pianoçu idi.
Cütlüyün ölümləri Hollivud dünyasında dərin hüzn doğurub.
Eyni zamanda, ikilinin qəribə ölümləri də böyük maraq doğurub. Hadisə ilə bağlı ilkin araşdırmalar zorakılıq əlamətləri və dəm qazından zəhərlənməni istisna edib. Cütlüyün ölüm səbəbləri ilə bağlı aparılan dərin araşdırmalar acı həqiqəti üzə çıxarıb.
Həkmanın ürək xəstəliyindən, Arakavanın isə hantavirus ağciyər sindromundan öldüyü müəyyən edilib.
Hekmanın ölümü ilə bağlı açıqlamada 95 yaşlı məşhur aktyorun yüksək təzyiq və ürək xəstəliyindən dünyasını dəyişdiyi bildirilib. Dr. Heather Jerrell, Hekmanın Alzheimer xəstəliyinin irəlilədiyini bildirərək əlavə edib: "Hekman, yəqin ki, həyat yoldaşının ölümündən xəbərsiz olub." Qeyd olunub ki, məşhur aktyorun ölüm hadisəsi fevralın 18-də baş vermiş ola bilər.
Digər tərəfdən, Betsi Arakavanın ölüm səbəbinin nadir görülən hantavirus ağciyər sindromu olduğu açıqlanıb.
Aysel