AZ

Misli Premyer Liqası: "Qarabağ" liderliyini möhkəmləndirib

Bakı, 8 mart, AZƏRTAC

Futbol üzrə Misli Premyer Liqasında XXVI tura start verilib.

AZƏRTAC xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Günün yeganə matçı "Liv Bona Dea Arena"da "Araz-Naxçıvan"la "Qarabağ" arasında olub. Görüş Ağdam klubunun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hazırda turnir cədvəlində "Qarabağ" 63 xalla liderdir. "Araz-Naxçıvan" isə 46 xalla üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, XXVI turun digər dörd oyunu martın 9-10-da keçiriləcək.

 

Seçilən
35
5
azertag.az

6Mənbələr