Çeçenistanın Arqun şəhərində mağazada qaz partlaması nəticəsində 4 nəfər xəsarət alıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə 5-tv.ru-ya mənbə bildirib.
Hadisənin Dudayev küçəsində yerləşən tikinti materialları mağazasında baş verdiyi məlum olub.
...Qaz-hava qarışığının partlaması sonradan yanğın və dağıntı olmadan baş verib.
Bunu mənbə bildirib.
Mənbənin sözlərinə görə, hadisə nəticəsində biri uşaq olmaqla 4 nəfər xəsarət alıb. Hazırda hadisənin təfərrüatları araşdırılır.
Nazlı Almuradova