Futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının əsas seçmə mərhələsinin Yunanıstanla səfər oyunu üçün yekun heyəti bəlli olub.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, martın 11-də Afinada Yunanıstan yığması ilə qarşılaşacaq millimiz səfərə 14 oyunçu ilə yollanacaq. Komandamız hazırlığın Bakı mərhələsini bu gün keçirilən məşqlə yekunlaşdırıb.
Qeyd edək ki, Yunanıstan – Azərbaycan oyunu martın 11-də Afinadakı “Dias Sports Hall”da keçiriləcək. Oyuna saat 21:00-da start veriləcək.
- Emin Kürdov – Araz-Naxçıvan
- Novruz Kazıxanov – Araz-Naxçıvan
- Emil Həsənzadə – Neftçi İK
- Xəzər Ağalızadə – Araz-Naxçıvan
- Tofiq Mikayılov – Baku Fire
- Kənan Manafov – Baku Fire
- Oktay Rüstəmli – Baku Fire
- Nihad İsmayılov – Baku Fire
- Fərid Atakişiyev – Neftçi İK
- Ülvi Əliyev – Araz-Naxçıvan
- Eldar Zeynalov – Neftçi İK
- Nurlan Mehdizadə – Baku Fire
- Kamran Hacıyev – Baku Fire
- Murad Quluzadə – Baku Fire