AZ

Müasir təbiətdə mamontların sağ qalması çətin olacaq...

...Rusiya Elmlər Akademiyasının Geologiya İnstitutunun aparıcı elmi işçisi və qədim məməlilər üzrə tədqiqatçı Pavel Nikolski qeyd edib ki, yunlu mamontların həyata qaytarılması layihələri məxfilikdədir. Onun sözlərinə görə, ictimaiyyətin bu mövzuya marağına baxmayaraq, bu sahədə çalışan mütəxəssislər praktiki olaraq tədqiqatlarının təfərrüatlarını elmi ictimaiyyətə açıqlamırlar.

Nikolskinin sözlərinə görə, bu sahə ilə məşğul olan şirkət son dərəcə gizlidir və bu, müəyyən şübhələr yaradır.

O, bu sahədə çalışan bir çox mütəxəssisləri tanısa da, təcrübələrin gedişi ilə bağlı onlardan konkret məlumat ala bilmədiyini vurğulayıb.

SİA xəbər verir ki, bundan əvvəl Amerikanın Colossal Biosciences biotexnoloji korporasiyası gəmiricilərin DNT-sinə nəsli kəsilmiş mamontdan bir neçə genin daxil olması barədə məlumat vermişdi.

Nəticədə yunlu məməlilərə xas xüsusiyyətlərə malik heyvanlar alınmışdır. Şirkətin növbəti addımı müasir fillərin DNT-si ilə işləməkdir. Bununla belə, tam hüquqlu mamont yaratmaq və onu təbiətə inteqrasiya etmək perspektivləri alimlər arasında çoxlu suallar yaradır.

Mütəxəssislər bu heyvanların müasir şəraitə uyğunlaşa biləcəyinə şübhə edirlər.

Nikolski hesab edir ki, Şimal ərazilərində mamontların kütləvi şəkildə məskunlaşması ekosistemə təsir göstərə bilər, torpağın strukturunu və bitki örtüyünün yayılmasını dəyişdirə bilər.

Bununla belə, o, life.ru ilə söhbətində onu da qeyd edib ki, bu heyvanların uğurla yenidən yaradılması və yeni mühitə uyğunlaşdırılması ehtimalı son dərəcə aşağıdır, çünki onlar yoxa çıxdıqdan sonra iqlim şəraiti xeyli dəyişib.

Nazlı Almuradova

Seçilən
31
sia.az

1Mənbələr