AZ

"Azərxalça" ASC və "Azəripək" ASC arasında mln. manatlıq müqavilə imzalanıb

"Azərxalça" Açıq Səhmdar Cəmiyyəti xalça toxunması üçün sap alışına 1 mln. manatdan çox vəsait xərcləyəcək.

Valyuta.Az xəbər verir ki, bununla bağlı "Azəripək" ASC ilə "Azərxalça" ASC arasında müqavilə imzalanıb.

ƏI xalçalarının toxunması üçün lazım olacaq əsas (xov) və köməkçi (əriş və arağac) sapların satın alınması müqabilində "Azəripək" ASC-yə 1.041.255,6 AZN ödənəcək.

Qeyd edək ki, "Azəripək" ASC 16 aprel 2018-ci ildə təsis edilib. Hazırda 1 485 666 8 manat nizamnamə kapitalına malik olan ASC-nin qanuni təmsilçisi Dadaşev Anar Əli oğludur.

"Azərxalça" ASC isə 12 oktyabr 2016-cı ildə 15 mln. manat nizamnamə kapitalı ilə yaradılıb. ASC-nin qanuni təmsilçisi isə Məmmədov Emin Səlhab oğludur.

Rəhim

Seçilən
22
valyuta.az

1Mənbələr