Azərbaycan Basketbol Liqasının 17-ci turunda “Abşeron” evdə “Sərhədçi”ni məğlub edib.
Fanat.Az xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində baş tutan qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 77:75.
Turun daha əvvəl baş tutan görüşlərində NTD – “Naxçıvan”ı 85:78, “Sabah” “Neftçi”ni 105:77, “Şəki” “Quba”nı 66:63 hesabı ilə məğlub edib.