AZ

DSMF-nin şöbə müdiri maşınla adam öldürdü

Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsinin müdiri qəza törədib.

Heftelik.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, hadisə bu gün axşam saatlarında Qax-Zaqatala avtomobil yolunun Qax rayonu Ləkit  kəndi ərazisindən keçən hissəsində baş verib.

Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsinin müdiri Turan Əsədovun idarə etdiyi “Toyota” markalı minik avtomobili 53 yaşlı Natiq Tofiq oğlu Həsənovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı  araşdırma aparılır.

 Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsinin müdiri Turan Əsədov

 

Seçilən
23
6
heftelik.az

10Mənbələr