İmişli rayonunda 3 nəfər dəm qazından zəhərlənərək ölüblər.
Xezerxeber.az xəbər verir ki, Bəhrəmtəpə qəsəbəsində qeydə alınan hadisədə ölənlər bir ailənin üzvüdür, digər bir nəfərin müalicəsi isə xəstəxanada davam etdirilir. Hadisədə Azadova Mehriban İdris qızı və onun övladları - Azadov Məhəmməd və Azadova Fatimə ölüb, ailə başçısı Azadov Vasif Əlirza oğlu isə İmişli Rayon Mərkəzi Xəstəxana hospitalizasiya olunub. Onun vəziyyəti ağır qiymətləndirilir.