AZ

ABŞ-nin son nəsil nüvə başlıqları Avropaya gətirilib

Bakı. Trend:

ABŞ-yə məxsus ən yeni nüvə başlıqları Avropanın bir neçəölkəsinə yerləşdirilib.

Trend xəbər verirki, bu barədə İtaliyanın Fatto Quotidiano qəzeti ABŞ və Norveçdəkimənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, sözügedən məlumatlar silahların yayılmamasına vəbeynəlxalq nəzarət müqavilələrinə əməl olunmasına nəzarət edəntəşkilatlardan əldə edilib.

Hazırda Avropada beş ölkədə – İtaliyada (Aviano və Gedibazaları), Almaniya, Niderland, Belçika və Türkiyədə ümumilikdə 100ABŞ nüvə başlığının olduğu bildirilir.

ABŞ-nin bu yaxınlarda həmin ölkələrdə ən son nəsil "B61-12" nüvəbaşlıqlarını yerləşdirməyə başladığı qeyd olunur. Bu başlıqlaryüksək dəqiqliyə və nisbətən aşağı partlayış gücünə malikdir –Hirosimaya atılan bombadan 50 dəfə zəifdir. Onlar məhdud ərazidəadi hərbi qüvvələri dəstəkləmək üçün nəzərdə tutulub.

Seçilən
18
az.trend.az

1Mənbələr