AZ

Macarıstan özünü ümumavropa konsensusundan təcrid etdi

Avropa Birliyinin 26 ölkəsi hesab edir ki, sülhə gedən yol Ukraynanı müdafiə etmək qabiliyyətini gücləndirməkdir.

Axar.az xəbər verir ki, bunu AB Şurasının Prezidenti Antonio Kosta bildirib.

“Macarıstan Avropa Birliyinin martın 6-da Ukrayna ilə bağlı keçirilən Təhlükəsizlik Sammitinin yekunlarını dəstəkləməyib. Bu addımla ölkə özünü ümumavropa konsensusundan təcrid edib və eyni zamanda blokun digər 26 üzv ölkəsi ilə müxalif olub.

Bu, AB-ni parçalaya bilməz. Bloka üzv qalan ölkələr Ukraynanı dəstəkləməkdə davam edirlər”, - Kosta vurğulayıb.

Seçilən
51
9
axar.az

10Mənbələr